21-04-2022
Tədbiri girirş sözü ilə Milli Kitabxananın direktoru professor Kərim Tahirov açdı. O, 2022-ci ilin Şuşa ili elan olnması ilə bağlı Milli Kitabxanada bu kimi tədbirlərin keçirildiyini və daha çox keçiriləcəyini vurğuladı. Həmçinin professor Kərim Tahirov Şuşa şəhərinin xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkan olduğunu və bu şəhərə olan sevginin, bağlılığın hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu qeyd etdi. Eyni zamanda Şuşa şəhərinin milli mədəniyyətimizin, incəsənətimizin beşiyi olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının tələbələri çıxış edərək Çahargah muğamını, “Ay Laçın” və “Ey Vətən” mahnılarını səsləndirdilər. Tədbirin davamında “Şuşanın dağları” və “Qarabağ” rəqsləri ifa edildi. Daha sonra Nərimanov rayonu 45 saylı orta məktəbin 3-cü sinif şagirdləri “Azərbaycan” şeirini səsləndirdilər.
Tədbirin fəal iştirakçıları Fəxri Fərman və Təşəkkürnamə ilə təltif edildilər və xatirə şəkli çəkdirdilər.