close
icon E-kataloq və kitabxana

Aİ Tvinninq “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Layihəsindən irəli gələn məsələlərin həlli məqsədilə İtaliya Milli Kitabxanasının Roma kolle

07-03-2017

Mart ayının 07-də İtaliya Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə Aİ Tvinninq “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Layihəsindən irəli gələn məsələlərin həlli məqsədilə İtaliya Milli Kitabxanasının Roma kolleksiyaları və qrafika şöbəsinin işçisi xanım Paola Puglisi Azərbaycan Milli Kitabxanasında olmuşdur. Qonağı kitabxananın direktoru prof. Kərim Tahirov qəbul etmişdir.

Kitabxanaların idarə olunması istiqamətinin hüquqi əsaslarını müəyyənləşdirmək görüşün əsas məqsədi idi. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tanış olan xanım Puglisi Qanunun 15-ci Maddəsi: Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı, milli biblioqrafiyanın tərtibi, Milli Kitabxananın elektron kataloqu, kiril və latın qrafikalı ədəbiyyatın kataloqda təsviri, dissertasiyaların mühafizəsi və istifadəsinin təşkili, kitab fondlarının mühafizəsi və qorunması, qədim ədəbiiyatın və nadir nüsxələrin rəqəmsallaşdırılması, Milli Kitabxananın maliyyələşdirilməsi yolları və s. məsələlər maraqlandırmışdır.

Qonağı maraqlandıran bütün süallara Kərim Tahirov aydınlıq gətirmişdir.

Sonra xanım  Puglisi kitabxana ilə yaxından tanış olmuş, kitabxanada gedən avtomatlaşdırma prosesi və elektron kataloqla tanış olmuşdur.

Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycan mətbəxi” (ingilis dilində), mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, Azərbaycan xalçaları dünya kolleksiyalarında” (Azərbaycan və ingilis dillərində)  kitabları qonağa hədiyyə verilmişdir.