close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Zəngilan – İşğaldan azad olundu!” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

20-10-2021

Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür. Keçən il Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan tam olaraq erməni işğalından azad olundu.

Zəngilan Azərbaycan Respublikasının cənub-qərbində Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir.

Bu tarixi gün münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Zəngilan – İşğaldan azad olundu!” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Zengilan/index.htm linkindən istifadə edə bilərlər.