close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir-sərgi təşkil olunub

24-02-2024

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana-sərbəst mütaliə bölməsində “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı Xocalı faciəsi qurbanlarının xatirəsinə  həsr olunmuş tədbir-sərgi  təşkil olunub.  BDU-nun  “İnformasiya və sənəd menecmenti fakültəsi”nin IV kurs tələbələrinin  iştirakı ilə keçən tədbirdə ermənilərin Azərbaycan xalqına qarşı əsrlərdən bəri  davam edən etnik təmizləmə siyasətinin dəhşətli nümunəsi olan Xocalı soyqırımı  haqqında müzakirələr aparılmışdır. Gənclər əsrin qətliamı haqqında tarixi faktları əks etdirən müxtəlif dillərdə çap olunmuş  kitablar, broşürlər və fotoşəkillərlə  tanış olmuş, soyqırım dəhşətləri, onun başvermə səbəbləri barədə fikirlərini bölüşmüşlər.

Eyni zamanda Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan Xocalı soyqırımıadlı virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən kitab və dövri mətbuat materialları, fotoşəkillər, Khojaly genocide adlı ingilis dilində təqdim edilən virtual sərgidə ingilis dilində kitablar və altyazılı fotoşəkillər ,Khojaly tragedy – photo exhibitionadlı virtual sərgidə isə Xocalı ağrısını özündə əks etdirən fotolar nümayiş olunur.

XX əsrin faciəsi – Xocalı soyqırımı adlı Elektron məlumat bazası “Rəsmi sənədlər”; “Xocalı rayonu”, “Xocalının Milli Qəhrəmanları”, “Soyqırım haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

icon

Foto qalereya