close
icon E-kataloq və kitabxana

Xorvatiya Respublikasının ölkəmizdəki səfiri Milli Kitabxanada qonaq olub

17-03-2023

Martın 17-də Xorvatiya Respublikasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Branko Zebic Milli Kitabxanada olub. Görüş zamanı qonağa Milli Kitabxana haqqında məlumat verilib. Bildirilib ki, 6 milyon fondu olan kitabxana 80-ə yaxın ölkə ilə kitab mübadiləsi edir, 48 ölkə ilə memorandum imzalayıb. Kitabxananın onlayn istifadəçilərindən əksəriyyətini Avropa ölkələri təşkil edir. Qeyd olundu ki, bu görüş Xorvatiya Milli Kitabxanası ilə əlaqələrin genişlənməsində böyük rol oynayacaq və  əməkdaşlıq memorandumunun imzalanmasına zəmin yaradacaqdır.

Qonaq Xorvatiya Respublikasının Mədəniyyət və Media Nazirliyi, Xorvatiya Şirkətlərinin dəstəyi ilə azərbaycan-dilinə nəşr edilmiş kitabı Milli Kitabxananın fonduna hədiyyə etdi. Bu kitablar Bakıda təşkil olunan Kitab Sərgisində nümayiş olunub.

Daha sonra qonağa Milli Kitabxana və Azərbaycan xalçaları haqqında kitablar, habelə Azərbaycanın tarixi və mədəniyyət abidələrinin xəritəsi hədiyyə edildi. Sonda səfir Milli Kitabxana ilə yaxından tanış oldu.

icon

Foto qalereya