close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xocalı Soyqırımı – 30” adlı elektron daycest virtual rejimdə istifadəçilərə təqdim edilib

23-02-2022

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş vermiş Xocalı Soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifəsidir. Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil olmuşdur.

Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun keçirilən tədbirlərin davamı olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xocalı Soyqırımı – 30” adlı elektron daycest hazırlanıb.

Təqdim olunan elektron daycestdə – (“digest” – ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) Xocalı Soyqırımı ilə bağlı 2017-2022-ci illərdə (fevral ayına qədər) dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılmış və seçmə yolu ilə istifadəçilərin diqqətinə təqdim olunmuşdur. Elektron daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini baş vermiş faciə və Vətən müharibəsi zamanı əldə etdiyimiz qələbə haqqında materiallarla tanış etməkdən iba­rətdir. Elektron daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilmişdir.

Elektron daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/Xocali_daycest_2022.pdf linkindən istifadə edə bilərlər.