close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Zərifə xanım Əliyeva” adlı Elektron məlumat bazasını virtual rejimdə təqdim etdi.

28-04-2020

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Zərifə xanım Əliyeva” http://anl.az/el/emb/ZE/index.html  adlı Elektron məlumat bazası alimin həyat və fəaliyyətinə həsr olunmuşdur. Məlumat bazasında alimin həyat və fəaliyyətinə dair sənədlər, kitabları, elmi məqalələri, haqqında yazılan kitab və məqalələr, akademikin dünya kitabxanalarındakı əsərləri, Zərifə xanım Əliyeva surəti bədii ədəbiyyatda, Zərifə Əliyevanın adının əbədiləşdirilməsi haqqında sənədlər, fotoalbomlar, videoqalereya və digər sənədlər təqdim olunur.
Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Gözlərə nur, qəlblərə hərarət bəxş edən böyük insan, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun özündən sonra qoyduğu ənənələr bu gün tələbələri, yaxınları tərəfindən layiqincə davam etdirilir.