28-05-2020
Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Elektron məlumat bazası 1918-ci il mayın 28-də Müsəlman Şərqində qurulmuş ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmişdir. “Azərbaycan Xalq Cümhuriyyəti” adlı Elektron məlumat bazası Rəsmi sənədlər, Şərqdə ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas tarixləri, Görkəmli şəxsiyyətlərin fikirləri, İstiqlal bəyannaməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, Azərbaycan hökuməti, Yuxarı Qarabağda vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi inkişaf platforması, Təhsil, Elm və mədəniyyət, Nəşrlər, Şərqin ilk demokratik respublikasının uğurlu varisi, Xatirəsinin əbədiləşdirilməsi, Fotoqalereya və Videoqalereya bölmələrindən ibarətdir. Elektron məlumat bazasında rəsmi sənədlər, arxiv materialları, kitab və məqalələr, xatirəsinin əbədiləşdirilməsinə dair materiallar, şəkillər, Xalq Cümhuriyyətinə dair videolar yerləşdirilmişdir. Elektron məlumat bazasında təqdim olunan kitab və məqalələrin elektron resursları tam mətni ilə təqdim olunur. Baza ilə tanış olmaq istəyənlər bu linkdən http://anl.az/el/emb/Cumhuriyyet/index.html istifadə edə bilərlər.