close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Kitabxanalar Qələbənin şahidləri: Gələcəyə baxış” – mövzusunda keçirilən Beynəlxalq telekonfransda iştirak etmişdir

15-05-2020

15 may tarixində Milli Kitabxana “Kitabxanalar Qələbənin şahidləri: Gələcəyə baxış” – mövzusunda keçirilən Beynəlxalq telekonfransda iştirak etmişdir. Onlayn görüşdə İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının direktoru S.Qoroxova, Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov, Belarus Milli Kitabxanasının baş direktoru prof. Roman Motulski, Qazaxıstan Milli və Qazaxıstan Akademik Milli Kitabxanalarının direktorları, Rusiya Prezident Kitabxanasının biblioqrafı, Rusiya Milli Kitabxanası Arxiv sənədləri şöbəsinin müdiri, Qırğızıstan, Özbəkistan Milli Kitabxanalarının direktorları və digər kitabxanalar iştirak etdilər.
Milli Kitabxananın direktoru Kərim Tahirov konfransda təqdimatla çıxış etmişdir. O, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış, Böyük Vətən müharibəsində tarixi Qələbənin 75 illiyinə həsr olunmuş “Böyük Qələbə-75” adlı Elektron məlumat bazasını və “Şanlı zəfər tariximiz” adlı virtual sərgini konfrans iştirakçılarına nümayiş etdirmişdir.
K.Tahirov Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan Böyük Vətən müharibəsində tarixi Qələbənin 75 illiyi ilə əlaqədar “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı 2 cildlik fundamental biblioqrafiya və “Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində” (Azərbaycan və rus dillərində) adlı kitab haqqında məlumat vermişdir. O, eyni zamanda Milli Kitabxananın Rusiya Dövlət İncəsənət Kitabxanası və Belarus Milli Kitabxanası ilə birgə planlaşdırılan Böyük Vətən müharibəsində tarixi Qələbənin 75 illiyinə həsr olunmuş layihələrin koronavirus təhlükəsi ilə bağlı payızda keçiriləcəyini diqqətə çatdırmışdır.