close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Şuşa əl işləri” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

07-06-2022

ŞUŞA - Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi-strateji əhəmiyyətə malik qədim şəhərimizdir.1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşa əl işləri” adlı virtual sərgi hazırlanıb. Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən sənətkarlıq nümunələri ilə də zəngindir. Dekorativ-tətbiqi incəsənətin bir növü olan  bədii tikmələrin tarixi çox qədimdir.

Tikmə sənəti eyni zamanda zəngin naxış və koloriti ilə dekorativ - tətbiqi sənətimizin digər sahələri (xalça, metal, keramik və s.) ilə çox oxşarlıq yaradıb və milli sənət tariximizdə özünəməxsus yer tutur.

Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir.

Təqdim olunan virtual sərgidə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində XIX əsr tikmə nümunələri, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_el_isleri/index.htm  linkindən istifadə edə bilərlər.