close
icon E-kataloq və kitabxana

Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin şagirdləri Milli Kitabxanada ekskursiyada olublar

04-11-2022

Noyabrın 4-də şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı olaraq Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin şagirdləri Milli Kitabxanada ekskursiyada olublar.

İlk öncə şagirlərə Milli Kitabxananın tarixi, iş rejimi, kitabxana fondu, kitabxananın fəaliyyət dairəsi, kitabxana-informasiya xidməti, yeni nəşrlər haqqında ətraflı məlumatlar verilib. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olaraq  iş prosesini izləyiblər.

Sonra onlar kitabxananın sərgi zalında nümayiş olunan kitablarla tanış olublar. Milli Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyadıb.

Şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana, xüsusilə orada yerləşdirilmiş Uşaq guşəsi ilə yaxından tanış olublar.

Sonda xatirə şəkili çəkilib. Şagirdlər Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulayaraq gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulayıblar.

icon

Foto qalereya