close
icon E-kataloq və kitabxana

Suraxanı rayon 232 saylı tam orta məktəbin VIII sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olublar

01-03-2024

     Martın 1-də Suraxanı rayonu  232 saylı tam orta məktəbin VIII sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olublar. Şagirdlər əvvəlcə  Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ədəbiyyatın, sənədlərin, fotoşəkillərin və ulu öndərin şəxsi kitabxanasından bağışladığı 300 nüsxədən artıq kitabın nümayiş olunduğu “Heydər Əliyev guşəsi”  ilə tanış olublar. Daha sonra şagirdlərə  Milli Kitabxananın zəngin tarixi, binası, fondu, kitabxanadan istifadə qaydaları haqqında məlumat verildi. Məktəblilər  XX əsrin soyqırımı olan Xocalı faciəsinə   həsr olunmuş kitab sərgisi ilə tanışlıqdan sonra “Tələbə  gənclər zalı”, “ Elektron resurslardan və lokal şəbəkədən istifadənin təşkili”,  “Uşaq otağı və uşaq istirahət guşəsi” bölmələrində, “Nadir kitablar və kitabxana muzeyi”, ”Not nəşrləri və səsyazmaları“ şöbələrində oldular.

icon

Foto qalereya