close
icon E-kataloq və kitabxana

Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Yanku (Dan Iancu) və səfirliyin diplomatik müşaviri Mihaela Yanku Azərbaycan Milli Kitabxanasında olmuşlar.

13-07-2017

İyul ayının 13-də Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Yanku (Dan Iancu) səfirliyin diplomatik müşaviri Mihaela Yanku Azərbaycan Milli Kitabxanasında olmuşlar. Qonaqları Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılamışdır. İki ölkə arasındakı yüksək səviyyədə uğurlu qarşılıqlı əlaqələrdən bəhs edən direktor Kərim Tahirov sentyabr ayında  Bakıda keçiriləcək V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Rumıniyanın iştirak edəcəyini alqışlamışdır. Eyni zamanda sərgi çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Rumıniya Milli Kitabxanası arasında imzalanması planlaşdırılan Anlaşma Memorandumundan danışan direktor bu sənədin hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini və Rumıniya Milli Kitabxanasının fondunda mühafizə olunan Azərbaycana dair əlyazmalarının və digər materialların öyrənilməsinə yol açacaqdır.

Dana sonra səfir Dan Yanku sərgi ilə bağlı Rumıniya Milli Kitabxanasından gələcək olan nümayəndə heyətini maraqlandıran sualları bildirmişdir. O qeyd etmişdir ki, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Rumıniya Milli Kitabxanası 3 nəfərlik nümayəndə heyəti ilə - Rumıniya Milli Kitabxanasının baş direktoru, İnstitusional inkişaf şöbə müdiri və Kollesiyaların təşkili şöbəsinin müdiri iştirak edəcəklər. Həmçinin sərgi-yarmarka çərçivəsində təşkil olunacaq “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: Kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi-praktik konfransda İnstitusional inkişaf şöbə müdirinin məruzə ilə çıxış edəcəyini bildirmişdir. Direktor Kərim Tahirov  qonaqları maraqlandıran bütün sualları ətraflı cavablandırmışdır.
Görüş zamanı professor Kərim Tahirov Rumıniya Milli Kitabxansında Azərbaycana dair bir sıra qiymətli əlyazmaların olduğunu, lakin mütəxəssis olmaması səbəbindən onların araşdırlmadığını və kataloqlaşdırılmadığını qeyd etmişdir. O gələcəkdə Rumıniya Milli Kitabxansaına bu məsələ ilə bağlı iki nəfər mütəxəssisin göndərilə biləcəyini, həmin əlyazmaların araşdırılmasının həm Azrbaycan Milli Kitabxanası üçün, həm də Rumıniya Milli Kitabxansı üçün böyük əhəmiyyət kəsb etdiyini və bunun iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirəcəyini bildirmişdir.

Daha sonra Azərbaycan Milli Kitabxanası tərəfindən qonağa “Azərbaycan Milli Kitabxanası Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində) və “Azərbaycan. Xalçaları dünya muzeylərində”(ingilis dilində) və Azərbaycan minatürləri (ingilis dilində) kitabları hədiyyə verilmişdir. Səfir də həmçinin Rumın dilində kitabları Milli Kitabxanaya hədiyyə etmiş və görüşdən məmnunluğunu bildirmişdir.

Sonda qonaqlarla birgə xatirə şəkli çəkilmişdir.