close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Qubadlı Bizimdir” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

25-10-2021

Qubadlının işğaldan azad edilməsindən 1 il ötür. Keçən il Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 25-də Qubadlı erməni işğalından azad olundu.

Qubadlı rayonu Azərbaycan Respubikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Qubadlı rayonunun təbiəti olduqca gözəldir.

Qubadlının işğaldan azad olunması münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qubadlı Bizimdir” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qubadl%C4%B1_bizimdir/index.htm linkindən istifadə edə bilərlər.