close
icon E-kataloq və kitabxana

Qazaxıstanlı qonaq və Azərbaycan Tibb Universitetinin əməkdaşları Milli Kitabxanada olublar

16-04-2024

Cənubi Qazaxıstan Dövlət Əczaçılıq Akademiyasının Dərman texnologiyası  kafedrasının müdiri, professor Saqindıkova Bayan Axmetovna, Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müəllimi Sevinc Musayeva Milli Kitabxanada olublar.

Qonaqlara Milli Kitabxananın yaranması, fəaliyyəti, xidmət sahələri və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. Daha sonra onlar kitabxananın mütaliə zalları və sərgi zalında nümayiş olunan kitablarla tanış olublar. Nadir kitablar və kitabxana muzeyi şöbəsində  mühafizə olunan kitablar, qədim və nadir kitablar, miniatür kitab kolleksiyası, eksponatlar qonaqların xüsusi  diqqətini cəlb edib. Qonaqlar kitabxananın Not nəşrləri və səsyazmaları şöbəsində qorunan  səsyazmaları, not əsərləri  və zəngin  musiqi  ədəbiyyatı haqqında ətraflı məlumatlandırılıb.

Sonda qonaqlar Milli Kitabxana ilə tanışlıqdan məmnunluğunu ifadə ediblər və xatirə şəkli çəkilib.