close
icon E-kataloq və kitabxana

Qazaxıstanın tanınmış ictimai-siyasi xadimi Mustafa Şokayın nəticəsi Azərbaycan Milli Kitabxanasında olub

16-04-2025

16 aprel tarixində Qazaxıstanın tanınmış ictimai-siyasi xadiminin nəticəsi telejurnalist Gülbarşın Zairova "Atamnın amanatı-atalar əhdi" İctimai Birliyinin nümayəndələri ilə birlikdə Azərbaycan Milli Kitabxanasının qonağı olub.

Qonaqları salamlayan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Milli Kitabxana haqqında ümumi məlumat verib. Qazaxıstan Milli Akademik Kitabxanası ilə Azərbaycan Milli Kitabxanasının əlaqələrindən bəhs edən direktor kitabxanalar arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmasından, "Ədəbiyyat guşə"lərinin açılışından söhbət açıb. İki kitabxana arasında əlaqələrin genişlənməsinin, kitab mübadiləsinin  əhəmiyyətini vurğulayıb.

Azərbaycan Milli Kitabxanası ilə tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.

Sonda direktor prof. Kərim Tahirov qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabını və Azərbaycan xəritəsini hədiyyə edib. Mustafa Şokayın nəticəsi telejurnalist Gülbarşın Zairova isə Qazaxıstanın tanınmış ictimai-siyasi xadiminə həsr olunmuş 7 kitabı Azərbaycan Milli Kitabxanasının fonduna bağışlayıb.

icon

Foto qalereya