close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Adobe Indesign proqramının tədrisi məqsədilə treninq keçirilib

01-04-2022

Mart ayının 1-dən aprelin 1-dək M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Adobe Indesign proqramının tədrisi məqsədilə kitabxananın Treninq Mərkəzində Milli Kitabxananın Nəşriyyat işləri şöbəsinin əməkdaşları üçün treninq təşkil olunub. Qeyd edək ki, treninqlərdə iştirakçılara proqramın mahiyyəti, əsas alətləri, istifadəsi ilə bağlı nəzəri və praktiki məlumatlar verilib. Treninqlər Milli Kitabxananın Nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə  keçirilib.

Aprel ayının  1-də Milli Kitabxananın direktoru professor Kərim Tahirov treninqi yekunlaşdıraraq mütəxəssislərə uğurlar arzulayıb.

 

icon

Foto qalereya