15-01-2022
Yanvarın 15-də XX əsr Türk ədəbiyyatında özünəməxsus yer tutan, qiymətli ədəbi irsə malik olan Nazim Hikmətin 120 illik yubileyi tamam olur. O, özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir Türk ədəbiyyatının inkişafına böyük təkan vermişdir. Nazim Hikmət həm mübariz ictimai xadim, həm də istedadlı şair və dramaturq idi. Lakin poeziya onun yaradıcılığının ana xətti, istedadının ən qüvvətli istiqamətidir. Onun lirikasının nəinki vətəninin sərhədləri daxilində, o cümlədən dünyanın bir çox ölkələrində sevilməsinin və geniş şəkildə məşhurlaşmasının səbəbi əsərlərinin mövzu müxtəlifliyi, ideya-məzmun baxımından zənginliyi, təsir gücünün qüvvətliliyindədir.
Nazim Hikmətin 120 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Nazim Hikmət – 120” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Nazim Hikmətin müəllifi olduğu əsərlər, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Nazim_Hikmet_120/index.htm linkindən istifadə edə bilərlər.