close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın direktoru prof. Kərim Tahirov 14-15 sentyabr 2017-ci il tarixlərində Belorus Respublikasının paytaxtı Minsk şəhərində ezamiyyədə olmuşdur

18-09-2017

Milli Kitabxananın direktoru prof. Kərim Tahirov 14-15 sentyabr 2017-ci il tarixlərində Belorus Respublikasının paytaxtı Minsk şəhərində ezamiyyədə olmuşdur. O, Belorus kitab nəşrinin və ilk kitabın naşiri olan Frantsisk Skorinanın 500 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda və Belorus Milli Kitabxabasının 95 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdir.
prof. Kərim Tahirov həmçinin Avrasiya Kitabxanalar Assambleyasının 25 illiyinə  həsr olunmuş XX ümumi illik yubiley iclasında da iştirak etmişdir. Avrasiya Kitabxanalar Assambleyasının 25 illiyinə  həsr olunmuş XX ümumi illik yığıncaqda təşkilatın son 5 ildə gördüyü işlər haqqında hesabatı müzakirə olunaraq qəbul olunmuş, maliyyə hesabatı təsdiq edilmişdir. İclasda həmçinin Avrasiya Kitabxanalar Assambleyasının baş direktorunun seçkisi keçirilmiş və Rusiya Dövlət Kitabxanasının şöbə müdiri Raykova Qalina Anatolyevna yenidən 5 il müddətinə həmin təşkilatın baş direktoru seçilmişdir.
Avrasiya Kitabxanalar Assambleyasının ümumi iclasında Azərbaycan Milli Kitabxansı ilə Belorus Milli Kitabxanası arasında qarşılıqılı əməkdaşlığa dair sazişin imzalanma mərasimi keçirilmişdir. Sazişi Azərbaycan Milli Kitabxansı tərəfindən kitabxananın direktoru prof. Kərim Tahirov, Belarus Milli Kitabxanası tərəfindən isə həmin kitabxananın direktoru prof. Roman Motulski imzalamışlar. Bu saziş 5 il müddətinə hər iki ölkələrin milli kitabxanaları arasında əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilmiş, kitabxana və informasiya mübadiləsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi və digər məsələləri əhatə etmişdir.
İclasın sonunda Avrasiya Kitabxanalar Assambleyasının növbəti XXI ümmi illik yığıncağının 2018-ci il sentyabr ayında Bakıda keçirilməsi qərara alınmışdır. Ümumi yığıncaqda həmçinin Avrasiya Kitabxanalar Assambleyasının 25 illiyi ilə əlaqədar olaraq  həmin təşkilatın təsisiçisi olan 5 milli kitabxana, o cümlədən Azərbaycan Milli Kitabxanası Avrasiya Kitabxanalar Assambleyasının xüsusi medalı və fəxri fərmanı ilə təltif olunmuş, Rudomino adına Rusiya Xarici ədəbiyyat kitabxanası Avrasiya Kitabxanalar Assambleyasının üzvlüyünə qəbul edilmişdir.