close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçirilən “Kitabxanalar mobil informasiya mərkəzi kimi” Beynəlxalq elmi-praktik konfrans davam edib

28-09-2019

Sentyabrın 28-də Milli Kitabxanada VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində dünyanın 14 ölkəsindən - Türkiyə, ABŞ, Rusiya, Belorus, Litva, Latviya, Ukrayna, Qazaxıstan, Tacikistan, Bosniya və Hersoqovina, Özbəkistan, Moldova, Qırğızıstan və Başqırdıstandan gələn Milli Kitabxana rəhbərlərinin və yerli mütəxəssislərin iştirakı ilə keçirilən “Kitabxanalar mobil informasiya mərkəzi kimi” Beynəlxalq elmi-praktik konfrans davam edib.

Konfrans müddətində Azərbaycan Milli Kitabxanasının xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Genel Müdiri, Türkiyə Milli Kitabxanasının başqanı Hamdi Turşucu, UCLA, Çarlz E. Yanq Tədqiqat Kitabxanasının Slavyan, Şərqi Avropa və Orta Asiya tədqiqatları üzrə kitabxanaçı/kuratoru Alena Aissing, Litva Milli Kitabxanasının baş direktoru Renaldas Gudauskas, Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintra Mukane, Bosniya və Herseqovina Milli və Universitet Kitabxanasının direktoru İsmet Ovçina, Belarus Milli Kitabxanası direktorunun istifadəçilərə xidmət və ideologiya üzrə birinci müavini Elena Dolqopolova, AMEA MEK direktoru Leyla İmanova, BDU Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi Əliyusif Məmmədov və digər yerli və xarici mütəxəssislərin “Milli Kitabxanalar çoxfunksiyalı mobil mədəni mərkəzlər kimi”, “Müasir mobil texnologiyaların Milli kitabxanalarda tətbiqi məsələsi”, “Milli Kitabxanalarda mobil informasiya xidmətinin təşkili”, “Kreativ ideyaların Milli kitabxanaların işinə tətbiqi istiqamətləri” mövzuları üzrə məruzələri dinlənilib, presentasiyaları  təqdim edilib.

Qeyd edək ki, Milli Kitabxanada təşkil edilən “Kitabxanalar mobil informasiya mərkəzi kimi” Beynəlxalq elmi-praktik konfransın materialları çap edilərək yerli və xarici kitabxanalara paylanılacaq.