close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi

12-06-2019

İyun ayının 12-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq çıxışında qədirbilən xalqımızın hər il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi böyük təmtəraqla qeyd etdiyini bildirdi. O, bildirdi ki, 1993-cü ilin may-iyun aylarında hökümət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir dövrdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və 15 iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazıldı. Prof. Kərim Tahirov bildirdi ki, Ulu Öndər hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını xaosdan, hərc-mərclikdən xilas etdi, milli dövlətçiliyimiz qorunub saxlanıldı, Azərbaycan dövləti sürətlə dünya birliyinə inteqrasiya etdi, dünya arenasında öz sözünü deyən qüdrətli dövlətə çevrildi.

Daha sonra Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş olundu.

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək, idarəçilik sisteminin zəiflədiyi, iqtisadi böhran, müharibə şəraiti, ictimai-siyasi aləmdə, elm-təhsil sistemində kadr çatışmazlığı yarandığı bir dövrdə Ümummilli lider Heydər Əliyevin hakimiyətə gəldiyini və Azərbaycan xalqını ağır vəziyyətdən xilas etdiyini söylədi. Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkəmizdə ictima-siyasi sabitlik, ordu quruculuğu yarandı, yenidənqurma işləri aparıldı, beynəlxalq aləmdə əlaqələr qurularaq “Əsrin müqaviləsi” imzalandı, dövlət proqramları qəbul olunaraq Azərbaycan qüdrətli dövlətə çevrildi. Vaqif Əliyev çıxışında Heydər Əliyev siyasi kursunun bu gün də ölkə prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilərək Azərbaycanın qüdrətli ölkələr sırasında layiqli yer tutduğunu qeyd etdi.   

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin üzvü, prof. Şəmsəddin Hacıyev çıxış edərək 15 iyun Milli Qurtuluş Gününün Azərbaycan dövlətinin tarixində önəmli yer tutduğunu, Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdışı Ulu Öndərin böyük xilaskarlıq missiyasının başlanğıcı olduğunu söylədi. Prof. Şəmsəddin Hacıyev çıxışında Ümummilli liderin hakimiyyətə gəlişi ilə Azərbaycanın parçalanaraq məhv olmaq təhlükəsindən xilas olduğunu, yeni iqtisadi sistemin formalaşdığını, torpaq islahatlarının aparıldığını, bütün sferalarda müvafiq qanunlar imzalandığını, Atəşkəsin yarandığını qeyd etdi. Şəmsəddin Hacıyev çıxışında ölkə prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın müstəqillik tarixinin ilk illərini “...1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövr itirilmiş imkanlar, itkilər dövrü idi. ... 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi.” deyə xarakterizə etdiyini bildirdi. Şəmsəddin Hacıyev çıxışında Azərbaycanı mürəkkəb və çətin şəraitdən çıxaran, bütün xalqı vahid amal uğrunda birləşdirən, böyük dövlətçilik təcrübəsinə malik şəxiyyət, Ümummilli lider Heydər Əliyevin güclü siyasəti sayəsində bu gün müstəqil Azərbaycan Respublikasının günü-gündən inkişaf etdiyini, aparıcı dövlətlər sırasında öz sözünü deyən qüdrətli dövlətə çevrildiyini və Heydər Əliyevin Azərbaycançılıq siyasi ideyasının prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söylədi.

Milli Məclisin üzvü, yazıçı, politoloq Aydın Mirzəzadə çıxış edərək Ümummilli liderin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Azərbaycan müstəqilliyini qoruya bildiyini və məhs Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın müstəqil, dünya miqyasında tanınan qüdrətli dövlətə çevrildiyini söylədi.

YAP Siyasi Şuranın üzvü “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək 15 iyun 1993-cü ilin Azərbaycanın siyasi sosial həyatında dönüşün pik nöqtəsi olduğunu bildirdi. Vüqar Rəhimzadə çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyətə gəlişindən sonra Azərbaycan tarixinə sabitlik, dirçəliş, inkişaf dövrü kimi yazıldığını, xalqımızın əldə etdiyi müstəqilliyi qoruyub, möhkəmləndirmək üçün Ulu Öndərin ətrafında sıx birləşdiyini söylədi və möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini və dünyada əsl söz sahibinə çevrildiyini bildirdi.

“Səs” Media Qrupunun təsisçisi və rəhbəri, fəlsəfə doktoru Bəhruz Quliyev çıxışında Milli Qurtuluş Gününü xalqın milli birliyinin bariz nümunəsi olduğunu qeyd edərək Heydər Əliyevin Azərbaycanın xilaskarına çevrildiyini xüsusilə qeyd etdi.

Vilayət Əliyev çıxış edərək Azərbaycanın 91 nəfər vətənpərvər ziyalısının xalqın iradəsini ifadə edərək Heydər Əliyevə tarixi müraciəti haqqında söhbət açdı.

Daha sonra Milli Kitabxananın əməkdaşlarına Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim olundu.