close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

14-06-2023

İyunun 14-də Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir zamanı bildirilib ki, bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi də belə tarixi günlərdən ən önəmlisidir. Belə ki, həmin dönəmdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı böyük bəladan – parçalanma təhlükəsindən xilas etdi. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib.

Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini, onun həyat məktəbini keçmiş bir şəxsiyyəti hörmətli Prezidentimiz İlham Əliyevi özündən sonra xalqına rəhbərlik etmək üçün tövsiyə etməsi olmuşdur. Və bizim şahidi olduğumuz tarix bunu bir daha sübut etdi ki, Ulu Öndər öz seçimində yanılmayıb və cənab Prezidentimiz Azərbaycanı böyük uğurlara çatdırıb və 44 günlük Vətən müharibəsi isə bu uğurun zirvəsi hesab oluna bilər.

Müstəqil Azərbaycan dövləti durduqca Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç vaxt unudulmayacaq.

Sonda iştirakçılar “15 İyun – Milli Qurtuluş Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.

icon

Foto qalereya