28-02-2017
Fevral ayının 28-də Milli Kitabxanada Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı iləbağlı tələblərin pozulması ilə əlaqədar nəşriyyat və poliqrafiya müəssisələrinin, jurnal və qəzet redaktorlarının iştirakı ilə respublika müşavirəsi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq sözü Mədəniyyət və Turizm Naziricənab Əbülfəs Qarayevə vermişdir. O, öz çıxışında “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən Milli Kitabxananın ölkə ərazisində nəşr olunan kitablardan 4 nüsxə, qəzet və jurnallardan isə 2 pulsuz məcburi nüsxə almalı və onların əsasında milli mətbuatın arxiv fondunu yaratmalı olduğunu bildirmişdir.Milli Arxiv Fondunun yaradılması və bu işin təkmilləşdirilməsinin həmişə Dövlətin, cənab Prezidentin diqqəti mərkəzində olmasından danışan nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 oktyabr 2015-ci il tarixində İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Sərəncamdan danışmış, İnzibati Xətalar Məcəlləsinə Maddə 192-1:Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulması əlavələr olunduğunu söyləmişdir.
Çıxışçılar: Vüqar Səfərli – Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, Əflatun Amaşov – Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili, Azər Mustafazadə“ Azərnəşr”in direktoru, Ələddin Əsədzadə - Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədr müavini, Vüqar Rəhimzadə “İki sahil” qəzetinin Baş redaktoru, Mətbuat Şurasının üzvü və b. Milli Kitabxanada Azərbaycan mətbuatının və nəşr məhsullarının arxiv fondunun yaradılması işinin nizama salınmasının zəruriliyini, Milli Arxiv fondunda mühafizə olunan nəşrlərin gələcək nəsillərə çatdırılması üçün Milli Kitabxananın yeganə məkan olduğunu bildirmişlər.
Tədbir iştirakçıları tariximizi qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək məqsədilə hamını Qanunlara əməl etməyə çağırmış, bu işin daha da təkmilləşdirilməsi üçün təkliflərini vermişlər.