close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Səməd Mənsur-145” və “Əli Tudə-100” adlı ənənəvi kitab sərgiləri təşkil edib.

31-01-2024

 

Milli Kitabxanada görkəmli şair, publisist Səməd Mənsurun anadan olmasınını 145 illik, əməkdar incəsənət xadimi Əli Tudənin 100 illik  yubileyi münasibətilə ənənəvi kitab sərgisi təşkil edilib.

XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən sayılan Səməd Mənsur özünəməxsus bədii üslubu, kəsərli tənqidi, ictimai həyata fəal, cəsarətli müdaxiləsi ilə tanınan sənətkarlardan olmuşdur. O, istedadlı şair, həvəskar aktyor, bacarıqlı tərcüməçi, ictimai xadim kimi fəaliyyət göstərmiş, milli mədəniyyətin inkişafı yolunda aramsız çalışmışdır. Lirik və satirik əsərləri, bədii publisistikası onun ictimai, fəlsəfi görüşlərinin ifadəsi, mənalı, məzmunlu həyatının ədəbi səhifələridir.

Səməd Mənsurun yaradıcılığı onun şəxsiyyəti ilə sıx bağlı idi. İctimai gerçəkliyə ədəbi münasibəti şairin həyatdakı mövqeyindən fərqlənmirdi. O, əsərlərində də, həyatda da həqiqət tərəfdarı kimi çıxış edirdi.

Əli Tudə Cənubi Azərbaycan Demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər şair öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün ustalıqla istifadə edir. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən “Tudə”, yəni Xalq təxəllüsü verilir. Milli hökumət onu ali mükafat “21 Azər” medalıyla təltif edir.

Sərgidə görkəmli şairlərin əsərləri, həyat və yaradıcılığından bəhs edən, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayış olunur.

Sərgilər 1 həftə davam edəcək.

icon

Foto qalereya