close
icon E-kataloq və kitabxana

Milli Kitabxana Direktorları Konfransının növbəti iclası Yunanıstanın Afina şəhərində keçirildi

28-08-2019

Milli Kitabxana Direktorları Konfransının növbəti illik iclası avqust ayının 27-də İFLA Dünya Kitabxana və İnformasiya Konqresi çərçivəsində Yunanıstanın Afina şəhərində Stavros Niarchos Fondu Mədəniyyət Mərkəzində keçirilmişdir. Tədbirin əsas mövzusu "Gələcək nəsil" olmuşdur. Milli Kitabxana Direktorları Konqresinin illik iclasında Azərbaycan Milli Kitabxanasını direktor müavini Ədibə İsmayılova təmsil etmişdir. 

İFLA prezidenti Qloriya Perez-Salmeron, Milli Kitabxana Direktorları Konfransının sədri Lily Knibbeler və Yunanıstan Milli Kitabxanasının Baş direktoru Filippos Tsimpoglou qonaqları salamladıqdan sonra Milli Kitabxanalar Daimi Komitəsinin hesabatı dinlənilmişdir. İllik iclasda "Milli Kitabxanalar bu gün və gələcəkdə niyə vacibdir?”, "Dünya Milli Kitabxanalarının funksiyaları və fəaliyyətinin vizuallaşdırılması", "Cənclərin mütaliəyə marağını artırmaq məqsədilə Milli Kitabxanalarda həyata keçirilən layihələr"  mövzularnda təqdimatlar olmuş, diskussiyalar aparılmışdır. Diskussiyaların əsasında videolar hazırlanmışdır. Müzakirələrdə gənclərin mütaliə maraqlarının artmasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan "Açıq Kitabxana" layihəsi müsbət rəy almışdır.

Yekun olaraq Miili Kitabxana Direktorları Konfransının sədri xanım Lily Knibbeler 2019-cu ildə görülən işlər haqqında hesabat vermişdir. İllik iclasdan sonra Yunanıstan Milli Kitabxanasının baş direktoru Filippos Tsimpoglou  qonaqları Milli Kitabxananın yeni binası ilə tanış etmişdir və xatirə şəkli çəkilmişdir.

Axşam saatlarında iclas iştirakçıları İFLA Dünya Kitabxana və İnformasiya Konqrensi iştirakçıları üçün nəzərdə tutulmuş Mədəniyyət proqramına qatılmışlar.