close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında “12 avqust - Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

11-08-2023

       1998-ci il avqustun 12-də Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alındı.

        Hər bir xalqın, hər bir dövlətin gəncləri onun həm bu günü, həm də sabaha ümididir. Ulu Öndərimiz Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərimizin əlindədir. Ulu Öndərin ən böyük xidmətlərindən biri, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etməsi, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirməsi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verməsi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirməsində idi.

        Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

        Beynəlxalq Gənclər Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “12 avqust - Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi hazırlanıb.

         Virtual sərgidə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan gəncləri ilə bağlı fikirləri, rəsmi sənədlər, fotolar, mövzu ilə bağlı məqalə və kitablar nümayiş olunur.

         Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_gencler_gunu/index.htm linkindən istifadə edə bilərlər.