close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “21 Fevral Beynəlxalq Ana Dili Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib

21-02-2024

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.

Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Milli Kitabxananın əməkdaşları tərəfindən “21 Fevral Beynəlxalq Ana Dili Günü”  adlı virtual və  eyniadlı ənənəvi sərgi hazırlanıb.

Virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, mövzu haqqında kitablar təqdim olunur.

Ənənəvi sərgidə isə Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan dilinə və digər dillərə aid kitablar nümayiş olunur. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_ana_dili_gunu/index.htm  linkindən istifadə edə bilər.

Ənənəvi sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya