close
icon E-kataloq və kitabxana

Ölkəmiz Daşkənddə mətbəx festival-müsabiqəsində təmsil olunur

27-05-2023

Özbəkistanın Buxara şəhərində keçirilən "CENTRAL ASIA 2023" mədəniyyət forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti bu gün Daşkənddə təşkil olunan XIX Mətbəx Festivalının açılış mərasimində iştirak etmişlər. Hər il keçirilən bu festivalda Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin zəngin mətbəxini təbliğ edən geniş ekspozisiya ilə iştirak edir. Burada Azərbaycan mətbəxindən şahplov, dolma, kükü, paxlava, şəkərbura və digər mətbəx nümunələrimiz qonaqlara təqdim olunur. Eyni zamanda qonaqlara Azərbaycan çayı, milli geyimlərimiz, musiqi alətlərimiz, kələğayılar, Azərbaycana və milli mətbəximizə dair kitablar da nümayiş olunur.

icon

Foto qalereya