30-01-2023
Yanvarın 30-da Macarıstanın “Arcanum” firmasının icraçı direktoru Elöd Biszak Milli Kitabxanada olub. Görüş zamanı qonağa Milli Kitabxana və kitabxanada həyata keçirilən dijitallaşdırma işi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, kitabxanada 2008-ci ildən etibarən müstəqil şəkildə 1 milyondan artıq resurs dijitallaşdırılıb. 2020-ci ildə Milli Kitabxana “Azərbaycanda milli elektron kitabxana” layihəsini irəli sürüb, lakin müəllif hüquqlarının qorunması səbəbilə bu layihə həyata keçirilməyib.
Görüşün sonunda qonağa Milli Kitabxana və Azərbaycan xalçaları haqqında kitablar, habelə Azərbaycanın tarixi və mədəniyyət abidələrinin xəritəsi hədiyyə edilib.