close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Laçın işğaldan azad edildi!” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

01-12-2021

10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 1 dekabr tarixində Ermənistan Silahlı Birləşmələri Laçın rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

Laçın rayonunun işğaldan azad olunması münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Laçın işğaldan azad edildi!”  adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Laçının tarixi, təbii sərvətləri haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/lacin_isgaldan_azad_edildi/index.htm linkindən istifadə edə bilərlər.