close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “26 avqust– Laçın şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olundu

25-08-2023

   

      Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

     31 iyul 2023-cü il tarixində Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Sərəncam imzalamış, hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günlərinin təntənəli şəkildə qeyd olunması ilə bağlı göstəriş vermişdir. Sərəncama əsasən,  “26 avqust– Laçın şəhəri günü” elan edilmişdir.

    Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 avqust – Laçın şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

     Virtual sərgidə rəsmi sənədlər, fotolar, Azərbaycan, rus, ingilis dillərində kitab və məqalələr, ənənəvi sərgidə isə Laçın şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar nümayiş olunur.

     Virtual sərgi ilə tanış olmaq istəyənlər  http://anl.az/el/vsb/26_avqust_Lachin/index.htm  linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya