16-09-2020
Oxucuların hüquqi informasiyaya olan tələbatlarının ödənilməsi, onların sorğularının tam və dolğun şəkildə yerinə yetirilməsi, yeni-yeni maraq sahələrinin yaradılması, eləcə də, mövcud marağın genişləndirilməsi kitabxanaların qarşısında mühüm vəzifələr qoyur. Bu məqsədlə kitabxanaçılar kütləvi işin müxtəlif formalarından istifadə etməlidirlər.
Milli Kitabxana əməkdaşları tərəfindən “Kitabxanalarda hüquqi informasiyaya olan təlabatın ödənilməsi” adlı metodik vəsait hazırlanıb. Təqdim olunan metodik vəsaitdə kitabxanada hüquq üzrə ədəbiyyatın təbliği ilə bağlı tövsiyələr verilmiş, oxucuların hüquqi informasiyaya olan tələbatının ödənilməsinə kömək məqsədilə keçiriləcək tədbirlərdən bəhs edilmişdir.
Metodik vəsaitlə tanış olmaq istəyənlər http://anl.az/down/Kitabxanalarda.huquqi.informasiyaya.olan.telebatin.odenilmesi.pdf linkindən istifadə edə bilərlər.