close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası Minsk şəhərində keçirilən “Kitabxana bir mədəniyyət fenomeni kimi” mövzusunda IX Beynəlxalq Konqresində iştirak edib

15-09-2022

Sentyabrın 15-də Minsk şəhərində Belarus Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş “Kitabxana bir mədəniyyət fenomeni kimi” IX Beynəlxalq Konqresi keçirilib.

Konqresin əsas təşkilatçıları Belarus Respublikasının Mədəniyyət Nazirliyi və Belarus Milli Kitabxanasıdır. Konqresin mövzusu “Kitabxanaların rəqəmsal transformasiyası: davamlılıq və inkişaf vektoru” adlanır.

Konqresdə Azərbaycan Milli Kitabxanasını direktor Kərim Tahirov təmsil edib.

Konqres zamanı iştirakçılar “Belarusiya və xarici ölkələrin kitabxanaçılıq tarixi”; “Milli və dünya mədəni irsinin qorunmasında kitabxanaların rolu”; “Kitabxana fondlarının təşkilinə innovativ yanaşmalar”; “Kitabxana və informasiya məkanında elektron resurslar”; “İstifadəçi xidmətində müasir tendensiyalar”; “Kitabxanaların, elm, mədəniyyət və təhsil müəssisələrinin fəaliyyətinin rəqəmsallaşdırılması”; “Kitabxana və açıq elm”, “Kitabxana fəaliyyətinin normativ hüquqi təminatı”; “Dövlət kitabxana siyasətinin həyata keçirilməsində kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq tədqiqatları”; “İnformasiya və nəşriyyat bazarında kitabxanalar”; “Kitabxana sosial-mədəni məkan kimi”; “Kitabxana mütəxəssislərinin peşəkar səriştələri”; “Müasir şəraitdə regional kitabxanalar” kimi mövzular üzərində fikir mübadiləsi aparıblar.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov “Роль библиотек в сохранении национального и мирового культурного наследия” mövzusunda məruzə ilə çıxış edib.

Konqres çərçivəsində Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXVI Ümumi Yığıncağı da keçirilib.