10-02-2021
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına qoşulan ilk nəşriyyat Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı oldu.
10 fevral tarixində Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı bu nəcib təşəbbüsə qoşularaq nəşr etdiyi kitablardan 1500 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə etdi. “Elm” nəşriyyatı digər nəşriyyatları da kitabtoplama kampaniyasına qoşulmağa çağırır.