18-02-2021
18 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də qoşuldu.
Mərkəz ilkin olaraq Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkil etdiyi bu kampaniyanın təşkilini yüksək qiymətləndirərək 16 adda, 34 nüsxə kitabı “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na bağışladı.
Həmçinin, AMEA-nın Folklor İnstitutu da bu təşəbbüsə qoşularaq 60 adda, 370 nüsxə kitabı, 100 nüsxə jurnalı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin sektor müdiri Qalib Qasımov Azərbaycan incəsənətinə dair 201 nüsxə müxtəlif kitabı və jurnalları, yazıçı Əlisalam Bağırov müəllifi olduğu 7 adda, 430 nüsxə kitabı “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na bağışlamışdır.