close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

04-02-2021

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına qoşulan növbəti təşkilat Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr  Mərkəzi olub.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşrlərindən ilkin olaraq 200 nüsxə işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edilib.

 

icon

Foto qalereya