close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Khojaly tragedy – photo exhibition” adlı ingilis dilində fotosərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

26-02-2025

Xocalı soyqırımının otuz üçüncü ildönümü ilə əlaqədar  Milli Kitabxananın əməkdaşları tərəfindən Xocalı qətliamı ilə bağlı “Khojaly tragedy – photo exhibition” adlı ingilis dilində fotosərgi hazırlanıb. Fotosərgidə ingilis dilində Azərbaycanın görkəmli şəxsiyyətlərinin Xocalı soyqırımı haqqında fikirləri, Xocalı ağrısını özündə əks etdirən fotolar nümayiş olunur. Təqdim olunan fotosərginin hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətini erməni qəsbkarlarının törətdiyi cinayətlər barədə məlumatlandırmaqdır.

Fotosərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Khojaly_tragedy/index.htm linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya