close
icon E-kataloq və kitabxana

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi may ayının 17-də Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul etmişdir.

17-05-2017

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi may ayının 17-də Milli Kitabxanada olmuşdur.

Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul etmişdir.
Kitabxana haqqında qısa məlumat verən K.Tahirov  Azərbaycan ilə İran arasında uzun illərdən bəri davam edən sıx dostluq və qardaşlıq əlaqələrindən, qarşılıqlı münasibətlərdən, son illərdə bu əlaqələrin daha da möhkəmləndirilməsindən danışmışdır. Azərbaycan Milli Kitabxanası ilə İran Milli Kitabxanası və Arxivi arasında əlaqələrdən danışan direktor son illər bu əlaqələrin bir az zəifləməsini söyləmişdir. Hər iki kitabxanalar arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq barədə Memorandumun imzalanmasında Mədəniyyət Mərkəzinin xidmətlərinin olacağına əmin olduğunu, mərkəz ilə birgə qarşılıqlı tədbirlərin keçiriləcəyini, müvafiq tədbirlərə dəvət olunacaqlarını söyləmişdir.
Mərkəzinin sədri Azərbaycana məsul vəzifəyə 3-cü dəfə təyin olunmasından, 14 il əvvəl gördüyü Bakının çox dəyişdiyindən, Azərbaycanın bu illər ərzində inkişaf edərək dünyanın modern dövlətlər sırasına daxil olmasından və hazırda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışdı. Azərbaycanda İran Mədəniyyət günlərinin uğurla keçdiyini bildirən sədr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin rəhbərliyi ilə iyul ayında İranın paytaxtı Tehranda və İsfahanda Azərbaycan Mədəniyyət günlərinin keçiriləcəyini, İran Milli Kitabxanası və Arxivində miniatür kitab sərgisinin açılacağını söyləmişdir.
Qonağa “Azərbaycan Milli Kitabxanası Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), və “Azərbaycan. Fotoalbom” (ingilis dilində) kitabları hədiyyə verilmişdir.

Sonda xatirə şəkli çəkilmişdir.