21-02-2024
Fevralın 21-də İndoneziya Nümayəndələr Palatasının Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Fadli Zon öz nümayəndə heyətilə Azərbaycan Milli Kitabxanasında olub. Milli Kitabxananın direktoru müavini tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova qonaqları qəbul edib və onlara Azərbaycan Milli Kitabxanasının tarixi haqqında ətraflı məlumat verib.
Daha sonra nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasının “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Tələbə gənclərə xidmət zalı”, “Sərgi zalı”, “Nadir kitablar və kitabxana muzeyi”, “Not nəşrləri və səsyazmaları” şöbələrinin xidmətləri ilə, kitabxananın fondunda olan indoneziya dilində nəşr olunmuş kitablarla yaxından tanış olub. Sonda qonaqlara kitablar hədiyyə olunub. Azərbaycan Milli Kitabxanasında olmaqdan məmnun qaldıqlarını bildirən qonaqlar kitabxana rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürünü bildirib, uğurlar arzulayıb.