27-04-2018
26 aprel 2018-ci il tarixində Heydər Əliyev Mərkəzinin parkında Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə “Oxu günü” təşkil olunmuşdur. Tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış etmişlər. Tədbir çərçivəsində, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim etmişlər.
Azərbaycan Milli Kitabxanası da fonduna məxsus kitablarla sərgidə iştirak etmişdir.