18-08-2022
Müasir dövrdə yeni yaranan elmlər sırasında “Gender” xüsusi əhəmiyyətə malikdir. Bu elmi istiqamət XX əsrin 70-ci illərində Qərbi Avropada meydana gəlmişdir. “Gender” ingilis sözü olub, mənaca tərcümədə “soy”, “cins” deməkdir. Azərbaycanda bu elmi istiqamət XX əsrin sonlarında yaranmışdır. Qapalı sistemdən açıq sistemə keçid dövrü, eləcədə demokratik cəmiyyət qurulucuğu zamanı insan hüquq və azadlıqları həmişə önəmli məsələ kimi ictimayyətin qarşısında durmuşdur. Cinsindən asılı olmayaraq bütün insanların fəal şəkildə vətəndaş cəmiyyətinin qurulmasında iştirak etməsi çox vacib amillərdən biridir. Qadınların da kişilərlə bərabər olaraq qərarların qəbul edilməsi prosesində iştirak etməsi, ictimai-siyasi həyatda fəaliyyət göstərməsi, rəhbər vəzifələrə irəli çəkilməsi cəmiyyətdə yaranmış disbalansı aradan qaldırılmasına gətirib çıxarar və beləliklə, insanlara cinsinə görə deyil, onların imkan və bacarıqlarına görə qiymət verilər.
İnsan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir.
Milli Kitabxananın əməkdaşları tərəfindən “Gender bərabərliyi” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə gender bərabərliyi, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda gender və bərabərlik hüququ, Azərbaycanda gender problemləri ilə əlaqəli kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Gender_beraberliyi/index.htm linkindən istifadə edə bilərlər.