02-03-2024
Martın 2-də “Fortis Academy” hazırlıq kurslarının abituriyentləri Milli Kitabxanada ekskursiyada olublar. Bir ənənə olaraq onlar əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin xatirə guşəsini ziyarət ediblər. Gənclərə kitabxananın yaranma və inkişaf tarixi , binası, zəngin fondu, elektron kataloq vasitəsilə axtarış, ədəbiyyatın sifarişi və kitabxanadan digər istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Sonra onlar kitabxananın sərgi zalında nümayiş olunan “Xocalı faciəsi” haqqında kitablarla tanış olublar. Milli Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyadıb.Gənclər Milli Kitabxananın “Tələbə gənclər zalı”, “ Elektron resurslardan və lokal şəbəkədən istifadənin təşkili”, “Uşaq otağı və uşaq istirahət guşəsi” bölmələrinin, ”Not nəşrləri və səsyazmaları“ şöbələrinin işi ilə yaxından tanış olublar.
Sonda xatirə şəkili çəkilib. Abituriyentlər Milli Kitabxanadan unudulmaz xoş hislərlə ayrıldıqlarını xüsusi vurğulayaraq gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulayıblar.