close
icon E-kataloq və kitabxana

Fevral ayının 06-da “Virtua proqramının inkişaf etdirilməsi” mövzusunda beynəlxalq treninq öz işinə başlamışdır.

06-02-2017

Fevral ayının 06-da “Virtua proqramının inkişaf etdirilməsi” mövzusunda beynəlxalq treninq öz işinə başlamışdır. Treninqin açılış mərasimində Milli Kitabxananın direktoru  prof. Kərim Tahirov, Innovative Interfaces Global Ltd.-nin əməkdaşı Yana İlavska iştirak edirdi.

Treninqi kitabxananın direktoru K.Tahirov açaraq əməkdaşları fəal olmağa çağırmış və treninqin işinə uğurlar arzulamışdır.

Treninq Innovative Interfaces Global Ltd.-nin əməkdaşı Yana İlavska tərəfindən aparılır.

Şirkətin məhsulu olan Virtua avtomatlaşmış kitabxana sistemində mövcud olan yeniliklər, modullarının təkmilləşdirilməsi, kitabverilişi, oxucu qeydiyyatı, axtarış sistemlərinin təkmilləşdirilməsi, avtoritet faylların, filtrlərin qaydaya salınması, indekslərin optimallaşdırılması, dövri mətbuat məqalələrinin axtarış interfeysinin hazırlanması, biblioqrafik yazıların təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin həlli və s. məsələlər treninqdə müzakirə olunur.

Treninq öz işinə fevral ayının 11-də yekun vuracaqdır.