27-02-2021
Bu gün Xalq yazıçısı Əli Vəliyevin 120 illik yubileyi tamam olur. Əli Vəliyevin Azərbaycan ədəbiyyatının inkişafında, nəsr dilinin zənginləşməsində özünəməxsus yeri var. O, bir növ xalqımızın taleyini öz şəxsi həyatında yaşamış, onun ağrı-acılarını ürəyində daşımış, erməni-daşnak zülmünün hər cür sifətini görmüş, didərginliyin, qaçqınlığın əzablarını çəkmiş cəfakeş, fədakar bir şəxsiyyət olub. Əli Vəliyev yazıçı kimi Azərbaycan ədəbiyyatına böyük töhfələr verib. “Nənəmin cəhrəsi”, “Madarın dastanı”, “Qarlı dağlar”, “Qəhrəman”, “Sovqat”, “Gülşən”, “Çiçəkli”, “Ürək dostları”, “Zamanın ulduzları”, “Turaclıya gedən yol”, “Anaqız”, “Bir cüt ulduz”, “Samovar tüstülənir” və başqa kitabların müəllifidir.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən görkəmli yazıçının yubileyi münasibətilə “Əli Vəliyev – 120” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Əli Vəliyevin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Eli_Veliyev_120/index.htm linkindən istifadə edə bilərlər.