close
icon E-kataloq və kitabxana

Azərbaycana dair ekspozisiya Qətər Dövlətinin Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində təmsil olunur

13-01-2022

Bu gün Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təmsil olunduğu sərgidə Azərbaycana dair ekspozisiya qurulub. Ölkəmizə dair ekspozisiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi ilə bağlı sərəncamına müvafiq olaraq nəşr olunmuş dahi şairin “Xəmsə”si, prof. Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis və ərəb dillərindəki nəşrləri,  Tərcümə Mərkəzi tərəfindən ərəb dilində nəşr olunmuş kitablar və ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, eləcə də 44 günlük II Qarabağ müharibəsində Azərbaycan ordusunun qəhrəmanlığına və şücaətinə həsr olunmuş kitablar nümayiş olunur.

Sərginin açılışında Qətərin Mədəniyyət Naziri və digər rəsmi şəxslər iştirak etmişlər. Sərgi 10 gün davam edəcəkdir.

icon

Foto qalereya