close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “21 Sentyabr – Beynəlxalq Sülh Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib

21-09-2022

21 Sentyabr – Beynəlxalq Sülh Günü kimi qeyd olunur.

BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan edilmişdir. Bu qərarın qəbuluna BMT-nin üzvü olan 192 ölkə səs verib.

21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.

Beynəlxalq Sülh Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “21 Sentyabr – Beynəlxalq Sülh Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm  linkindən istifadə edə bilərlər.