close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

18-02-2021

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına qoşulan daha bir yazıçımız Əlisalam Bağırov oldu.

Əlisalam Bağırov Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkil etdiyi bu kampaniyanı dəstəklədiyini vurğuladı və  müəllifi olduğu 7 adda, 430  nüsxə kitabı “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na hədiyyə etdi.

Əlisalam Bağırov hər bir azərbaycanlını bu nəcib təşəbbüsə qoşulmağa dəvət etdi. O, həmçinin bildirdi ki, işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondunu bərpa etmək və zənginləşdirmək üçün həyata keçirilən bu kampaniya qısa zamanda daha böyük kütlələri əhatə edəcək.

icon

Foto qalereya