close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasının təmsil olunduğu CENL-in növbəti illik toplantısı başa çatıb

20-06-2023

Fransa Milli Kitabxanasının ev sahibliyi etdiyi 37-ci CENL illik iclası öz işini 20 iyun tarixində davam etdirib. İclasda 2022 EKN Qrant Sahiblərinin Hesabatı dinlənilib. Tədbirin davamında Litva Milli Kitabxanasının direktoru Renaldas Qudauskas “Erkən Oxu Forumu”, Bolqarıstan Milli Kitabxanasının şöbə müdiri “Milli kitabxanalar məlumat infrastrukturları kimi”, İspaniya Milli Kitabxanasından Jose Luis Bueren Gomez-Asebo “İspaniyada Yeni Qanuni Depozit Qanunu” mövzusunda çıxış edib.

İclasda həmçinin, Sally Chambers, Clarin Dariah CENL Dialoq Forumunun ideyasından danışmış və təqdimat göstərmişlər.

Daha sonra Milli Kitabxanalar və davamlılıq, fövqəladə halların planlaşdırılması, qoruma və rəqəmsallaşdırma, istifadəçi xidmətləri haqqında danışılıb, iclas müzakirələrlə davam edib.

Azərbaycan Milli Kitabxanasının direktoru Fransa Milli Kitabxanasının fondu üçün apardığı “Salam Azərbaycan”, “E.Bertels. The Great Azerbaijan Poet Nizami”, “Azərbaycan xəritəsi”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında”, “Ç.Qacar. Old Baku” adlı kitabları kitabxananın prezidenti Laurence Engelə təqdim edib.

Fransa Milli Kitabxanasının ev sahibliyi etdiyi 37-ci CENL illik iclası yekunlaşıb, sonda xatirə şəkli çəkilib.

icon

Foto qalereya