close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Akademik Yusif Məmmədəliyev” adlı sərgini virtual rejimdə təqdim edib

30-12-2020

Dekabrın 31-də görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin 115 illik yubileyi tamam olur. Yusif Məmmədəliyev  əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına, o cümlədən dünya elminə, xüsusən neft kimyası elminə böyük  töhfələr verib. Akademikin elmi axtarışları böyük ixtiralara, yeni elmi konsepsiyaların yaranmasına gətirib çıxarmışdır. Yusif Məmmədəliyev ixtiraları, tapıntıları, fikirləri Azərbaycanın neft kimyası sənayesində böyük inqilab yaratmışdır. Görkəmli şəxsiyyət xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, ictimai-siyasi xadim kimi daxil olmuşdur.

Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Akademik Yusif Məmmədəliyev” adlı virtual sərgi istifadəçilərə təqdim olunub. Virtual sərgidə akademikin həyat və fəaliyyətinə dair kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Akademik_Yusif_Memmedeliyev/index.htm linkindən istifadə edə bilərlər.