25-12-2020
Bu gün AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, professor Nailə Vəlixanlının 80 illik yubileyi tamam olur. Nailə Vəlixanlının vətən tarixşünaslığının tədqiqi sahəsində xüsusi xidmətləri vardır. Elmi əsərlərində Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemləri, regionun ərəb xilafəti tərkibində mövqeyi, sosial iqtisadi münasibətlər, siyasi-mədəni tarix və tarixi coğrafiya məsələlərinə aydınlıq gətirilmiş, elmdə son vaxtlaradək hakimlik edən erməni-gürcü ənənəsini sındırmaqla tarixşünaslığımızda yeni mərhələ açmışdır.
Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən akademikin həyat və fəaliyyətinə dair hazırlanan “Akademik Nailə Vəlixanlı” adlı virtual sərgi təqdim olunub. Virtual sərgidə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənəd, fotolar, müəllifi, elmi redaktoru, tərtibçisi olduğu kitablar, haqqında yazılan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Akademik_Naile_Velixanli/index.htm linkindən istifadə edə bilərlər.